Yayın təhlükəsi: 6 uşağı ilan sancdı

Yayın təhlükəsi: 6 uşağı ilan sancdı

Havaların isti keçməsi səbəbindən ilan sancmalarının sayı artıb. İndiyədək Respublika Toksikologiya Mərkəzinə ilan sancması diqnozu ilə 58 nəfər gətirilib, onlardan 6-sı azyaşlıdır. Bu barədə virtualaz.org-a mərkəzin rəhbəri Azər Maqsudov danışıb.

A.Maqsudovun sözlərinə görə, xəstəxanaya gətirilənlər arasında ölən olmayıb, lakin 12 nəfərin vəziyyəti ağır olub. Xüsusilə, vaxtında müraciət etmədikdə, yanlış yardım göstərdikdə xəstənin vəziyyəti ağırlaşır.

Mərkəz rəhbəri əlavə edib ki, ölkənin bütün bölgələrindən müraciətlər var, amma Şirvan, Hacıqabul, Ağdaş, yaxud Bakıətrafı kəndlərində - Zirə, Güzdək, Maştağa və digərlərində ilan sancmaları daha çox qeydə alınır.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov yerli mətbuata açıqlamasında havaların isti keçməsi ilə ilanların sayının artması ilə bağlı xəbərdarlıq edib. O deyib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir.

Səhiyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, ölkənin bütün xəstəxanalarına ilan zəhərinə qarşı zərdab paylanılıb. İlan sancmaları baş verdikdə dərhal həkimə müraciət etmək lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...