İcra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirdi -

İyulun 25-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Əhmədli kəndində keçirilib. Əhmədli kənd R.Qurbanov adına ümumi orta məktəbin binasında keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Gundeminfo.az xəbər verir ki, görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qeyd edib ki, gəlişimizdə əsas məqsəd Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sakinlərin təklif, şikayət və müraciətləri ilə yerində tanış olmaq, müvafiq tədbirlər görməkdir.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində möhtərəm cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat vermiş, həyata keçirilən tədbirlər barədə danışmış, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının inkişafı istiqamətində rayonda görüləcək işlərdən söz açmışdır.

Rayon rəhbəri xüsusilə vurğulayıb ki, ötən dövrlərdə Əhmədli kəndinə xeyli abadlıq-quruculuq işləri görülmüş, nasaz elektrik dayaqları dəyişdirmiş, kənd ümumi orta məktəbi və mədəniyyət evi təmir edilmişdir.

Qəbulda sakinlər tərəfindən rayon mərkəzindən kəndə gələn avtomobil yolunun əsaslı təmir edilməsi, təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi və digər məsələlərin həlli qaldırılıb.

Qeyd olunan problemlərin həlli nəzarətə götürülüb. Bəzi müraciətlər yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq verdi.
Əhmədli kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.


İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...