Tərtərin icra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

Tərtərin icra başçısı səyyar qəbul keçirdi -


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, ardıcıl tədbirlər görülür. Belə görüşlərdən biri də avqustun 14-də rayonun Səhlabad kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Tərtərin icra başçısı səyyar qəbul keçirdi -

Tədbiri açan Səhləbad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov əvvəlcə kənd haqqında ümumi məlumat vermiş, sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd ağsaqqalı İman Almuradov, sakinlərdən Süleyman Sadıqov, Mübariz Mahmudov, Ramiz Quluyev, Habil Məmmədov, Solmaz Məmmədov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Əsasən kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, müharibə vaxtı ziyan görmüş evlərin təmir olunması və işlə təmin olunma mövzularında müraciətlər etmişlər.
Tərtərin icra başçısı səyyar qəbul keçirdi -

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...