Şahdağ Milli Parkında yanğın başlayıb

Şahdağ Milli Parkında yanğın başlayıb


Şahdağ Milli Parkında yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.

Hal-hazırda əməliyyat davam edir. Əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...