"Rayon avtobuslarına bilet ala bilməsəniz, "Qaynar xətt"ə zəng vurun" - Müraciət

"Rayon avtobuslarına bilet ala bilməsəniz,

Tarif Şurasının qərarı ilə Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda gediş haqqı yeni tariflə hesablanandan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarında bilet satışına nəzarət gücləndirilir.

Qeyd edək ki, əvvəllər kassalardan bilet alıb rayonlara getmək istəyən vətəndaşlar bəzi hallarda süni maneələrlə üzləşirdilər. Onların sözlərinə görə, kasallarda rayonlara bilet ola-ola "yoxdur, bütün yerlər satılıb" deyirdilər.

Halbuki "bilet yoxdur, bütün yerlər dolub" deyilən avtobuslara sürücülər yerlər təklif edir, özləri artıq pul almaqla vətəndaşları yerləşdirirdilər.

Yeniavaz.com saytının Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən aldığı məlumata görə, tezliklə Avtovağzal Kompleksinin kassalarında vətəndaşlara daha əlverişli şəraitin yaradılması üçün tədbirlər görülür: "Vətəndaşlar sağ olsunlar, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarında əldə etdikləri biletlər vasitəsilə növbəlilik prinsipinə əməl edir və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermirlər".

"Tezliklə Bakı Beynəlxalq Avtovağzal Kompleksində daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Vətəndaşlardan xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldikləri halda Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli Qaynar xətlərinə məlumat versinlər. Məlumat verəcəkləri faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirmələri rica edilir",-deyə Xidmətdən bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...