1 milyon hektardan artıq sahədə taxıl biçilib

1 milyon hektardan artıq sahədə taxıl biçilib

Bu günə qədər Azərbaycanın rayonlarında 1 007,8 min hektar sahədə taxıl biçini aparılıb. Gundeminfo.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı isə arpa sahələridir. Hazırki məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpanın orta məhsuldarlığı isə 27,6 s/ha təşkil edir. Arpa biçininin 99,7%-i, buğda biçininin isə 99,1%-i yerinə yetirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasını dövlət qeydiyyatına alıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçilib. 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verib və yaxud dəyişdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...