Məişət abunəçilərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb - "Azərişıq" rəsmisi

Məişət abunəçilərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb -

Bu ilin yanvar-iyul aylarında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib. "Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişığ”ın Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

O deyib ki, təmsil etdiyi qurumun “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərdə yeniliklər edilib: "Bir neçə gün bundan əvvəl Nazirlər Kabineti əhali abunəçilərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib. Həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazalı xətlə elektrik enerjisi çəkdirmək istəyən abunəçilər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abunəçilərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb".

E.Rüstəmlinin sözlərinə görə, paralel olaraq "Azərişığ"ın ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxeminin dəyişdirilməsi - birfazalıdan üçfazalıya vəya əksinə, abunəçilərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN Xidmət” və yaxud “ASAN Kommual” mərkəzləri vasitəsi ilə həyata keçirilir.

O həmçinin bildirib ki, ümumilikdə 2018-ci ilin arxada qalmış 7 ayı ərzində “Azərişığ”ın “ASAN” brendi vasitəsiilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb: "Mart ayında “Məcburi köçkün qrupuna aid abunəçilərdən müraciətlərin qəbulu”, may ayında isə“ yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlığına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb. Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...