Masallıda süni göldən 20 min zəli oğurlandı

Masallıda süni göldən 20 min zəli oğurlandı

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də rayon ərazisindəki fermaların birindən 10 baş inək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Masallı şəhər sakinləri Namiq Rəhimov və Məhəmmədəjan Tağıyev saxlanılıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, N.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərlə birlikdə avqustun 8-də rayon ərazisindəki süni göllərin birindən 20 000 ədəd zəli, habelə 2 rayon sakininə məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...