Macar ekspert: Avropa Oyunları Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Azərbaycan 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini yüksək səviyyədə keçirib və bu yay Bakıda keçiriləcək Birinci Avropa Oyunları da böyük uğur qazanacaq.

Bunu Trend-ə açıqlamasında macar ekspert Levente Kozma bildirib.

Onun fikrincə, Birinci Avropa Oyunları iqtisadi baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Macar ekspert: Avropa Oyunları Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
L.Kozma Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını da qeyd edib.

O bildirib ki, 2002-ci ildə Peter Medgyessinin baş nazir olduğu zaman Macarıstan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün Asiya siyasətinə başlayıb: “Və bu münasibətlərin inkişafı sonrakı hökumətlərin dövründə də davam edib”.

Ekspertin sözlərinə görə, Macarıstan energetika sektorunda əməkdaşlığa üstünlük verir, belə ki, bu ölkə Rusiyadan idxal olunan enerji daşıyıcılarından asılı vəziyyətdədir.

“Biz təchizat mənbələrini diversifikasiya etmək və energetika sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq etmək istəyirik”, - deyə ekspert bildirib.

O qeyd edib ki, ölkələr arasında mədəniyyət və idman sahəsində əməkdaşlıq var: “Macar xalqı Azərbaycan dövləti və xalqı ilə daha yaxın olmaq istəyir”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2015-ci ilin ilk rübündə 2,881 milyon dollar olub ki, bu, ötən ilin analoji dövründəki göstəricidən 1,8 dəfə azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...