Yeni metro stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşdı

Yeni metro stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşdı

Ceyhun Səlimov küçəsində, hərbi hospitalın qarşısında inşa olunan Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, stansiyanın dəmir-beton konstruksiya işləri başa çatdırılıb və növbəti mərhələnin işlərinə başlanılıb.

Şərti adı "B-3” olan stansiyanın ərazisində 240 kub metr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir.

Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166.98 m-dir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb.

Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, komunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək.
Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək Mavi xəttin şərti adı "M-03” olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək.
Bənövşəyi xəttin "Memar Əcəmi” stansiyasını "B-03″stansiyası ilə birləşdirən Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərlə müəyyən edilib.

Qeyd edək ki,tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...