“Bazarstore”nin "28 Mall"dakı filialı bağlandı - Yerinə “BRAVO” açılır

“Bazarstore”nin "28 Mall"dakı filialı bağlandı -

"Bazarstore” supermarketlər şəbəkəsinin "28 Mall” ticarət mərkəzində yerləşən filialının bağlandığı bildirilir.

Şəbəkə əməkdaşlarından birinə istinadən verilən məlumata görə, artıq "Bazarstore”un ticarət mərkəzindəki filialında piştaxtaların yığışdırılmasına başlanılıb. Yaxın günlərdə "Bazarstore”un həmin filialı tamamilə boşaldılacaq. Belə ki, "Bazarstore” ilə "28 Mall” arasındakı müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixində başa çatır.

"Bazarstore”un "28 Mall”dakı yerini "BRAVO Supermarket”in tutacağı bildirilir.

Qeyd edək ki, "Bazarstore” mağazalar şəbəkəsi "Azersun Holding” MMC-yə daxildir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir.

foodinfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...