Kənd Təsərrüfatı Nazirliyinin “ağıllı istixanalar”ı

Kənd Təsərrüfatı Nazirliyinin “ağıllı istixanalar”ı

Kənd Təsərrüfatı Nazirliyi ölkədə 7 ədəd ən müasir “ağıllı istixanalar” quraşdırır.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, tərəvəz, bostan bitkilərinin hibrid toxumların istehsalı ilə əlaqədar olaraq nazirlik İsrail ilə əməkdaşlığa başlayıb: "Əməkdaşlıq çərçivəsində institutun 6.14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanalar”ın quraşdırılması yekunlaşmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində Cənubi Qafqazda ilk dəfə tərəvəz toxumu emalı müəssisəsi yaradılıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...