Qadın boşanmaq üçün məhkəməyə üz tutdu, əri onu öldürdü

Qadın boşanmaq üçün məhkəməyə üz tutdu, əri onu öldürdü

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib. Gundeminfo.az xəbər verir ki, "Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onların bir azyaşlı övladı var idi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...