Qaradağda quruculuq abadlıq işləri davam etdirilir - FOTOLAR

Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur.

Trend-in məlumatına görə, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarında isə yaşıllıq zolaqları salınıb. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.

Qaradağ rayonunun sakinlərinin gözləri önündə və onların iştirakı ilə qəsəbələrin siması dəyişir, rayon gözəlləşir. Bu son illərdə ölkəmizin sürətli inkişafını, əldə etdiyi uğurları göstərən parlaq nümunədir. Rayon ərazisində sənaye potensialı güclənməklə yanaşı geniş miqyaslı infrastruktur və sosial layihələr rayonun simasını müasirləşdirməklə əhalinin həyatına da rahatlıq gətirir. Açılan yeni iş yerləri sakinlərin məşğulluğunu artırır, aparılan abadlıq quruculuq işləri isə insanlara mənəvi zövq verir.

Abadlıq quruculuq işləri çərçivəsində çoxmərtəbəli yaşayış binalarının təmirini xüsusi vurğulamaq lazımdır. Rayon mənzil fonduna daxil olan binaların son 5 ildə 55-nin dam örtüyü dəyişdirilib, 150-nin dam örtüyü əsaslı və cari təmir olunub. Hazırda bu işlər Lökbatan, Sahil, Qobustan, Ələt, Qızıldaş və digər qəsəbələrdə davam etdirilir. Binaların giriş qapıları da dəyişdirilir, pilləkən qəfəsləri təmir edilir, yeni abad həyətlər salınıb.

Bu il Qaradağ rayonunda 5 nümunəvi həyət salınıb, 8 xeyir-şər evi sakinlərin istifadəsinə verilib.

Salınmış nümunəvi həyətlərin ən böyüyü Lökbatan qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət aprelin 14-də sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilən 2 hektar sahəsi olan bu həyətdə sakinlərin asudə vaxtlarını səmərəli keçirtmək üçün kölgəlik və attraksionlar quraşdırılıb, həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb.

Hal-hazırda Sahil qəsəbəsində 120, Müşviqabad qəsəbəsində 150 nəfərlik xeyir-şər evlərinin tikintisi davam etdirilir.

Bundan əlavə, 2018-2019-cu tədris ilinin başlanması ərəfəsində Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 nömrəli orta məktəb binası əsaslı şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub, bütün lazımi avadanlıqlarla təchiz edilib. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.

Son bir neçə ildə Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturu da yenilənib. Lökbatan, Sahil, Puta, Ələt, Qobustan və Sanqaçal qəsəbələrində daxili yollarda təmir işləri aparılıb, hal-hazırda Sanqaçal-Çeyildağ və Lökbatan-Qızıldaş qəsəbələrini birləşdirən qəsəbələr arası yolların əsaslı təmir işləri davam etdirilir. Küçələrin kənarında bordürlər tikilib, küçə işıqları quraşdırılıb.

Təkcə bu il Qaradağ rayonunun qəsəbələrində, parklarında və Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarında 21500 kv.m sahə yaşıllaşdırılmışdır. 25000 gül və bəzək kolları, 20 minə yaxış eldar şamı, zeytun, kiparis, tuya, çinar və digər ağaclar əkilib.

Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -
Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -
Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -
Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -
Qaradağda quruculuq abadlıq işləri davam etdirilir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...