“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

Bu gün “Azərenerji” ASC-nin yeni prezidenti Balababa Rzayev kollektivə təqdim olunub. Minval.info xəbər verir ki, bir qədər əvvəl təqdimat başa çatıb.

Qeyd edək ki, dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə “Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev 2006-2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-ci ildə isə “Azərişıq” ASC-nin Sədri vəzifəsinə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...