İcra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirdi -
Sentyabrın 12-də növbəti səyyar qəbul rayonun Astaf kəndində keçirilib. Açıq havada baş tutan qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev keçirilən səyyar qəbulların başlıca məqsədinin problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib.

Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev vətəndaşların müraciətlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev ötən dövr ərzində rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

O, xüsusilə bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda da durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib. Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü


İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...