Pirşağıda yolu keçən piyadanı maşın vurub öldürdü

Pirşağıda yolu keçən piyadanı maşın vurub öldürdü

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da saat 10 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Balahüseyn Ağayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən həmyerlisi Zülfi Əlibalaoğlunu vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...