Kəngərli kəndində səyyar-qəbul görüş - FOTOLAR

Kəngərli kəndində səyyar-qəbul görüş -

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Kəngərli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Solmaz Həsənova, Məhəmməd Əsgərov, Sevil Sadıqova, Rahilə Mahmudova, Həyat Salahova əsasən elektrik təsərrüfatının yenidən qurulması, yeni subartezian quyusunun qazılması, kənd yolunun əsaslı təmiri, məktəbin qazanxanasına qaz çəkilməsi, qəzalı vəziyyətdə olan telefon xətlərinin dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kəngərli kəndində səyyar-qəbul görüş -

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...