Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var

Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var

Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...