"Yunanıstanı borcunu qaytarmaq üçün güclü etmək istəyirlər"

"Yunanıstanı borcunu qaytarmaq üçün güclü etmək istəyirlər"


Xəbər verildiyi kimi, Yunanıstan 14 hava limanını Almaniyanın Fraport şirkətinə 40 il müddətinə icaərə verməsi haqqında qərar verib. Bunun qarşılığında şirkət Yunanıstan hökümətinə birdəfəlik 1 milyard 234 avro ödəyəcək. Hər il isə 22,9 milyon avro ödəyəcək. Fraport şirkəti Yunanıstanın ən böyük hava limanı olan Frankfurtun da idarəçilik haqqına sahibdir.

İqtisadçı ekpert Razi Abasbəyli Yunanıstanın bu addımını Reaksiya.az-a şərh edib.

O bildirib ki, onsuz da Yunanıstanın həmin hava limanlarından istifadəsi məhdudlaşmışdı: “Hazırda Yunanıstanın Almaniyaya olan borcu 100 milyard avroya bərabərdir. Yunanıstanın bütövlükdə olan borcu isə 320 milyard avrodur. Borclar üzrə əsas üstünlük banklardan dövlət zəmanəti ilə cəlb edilmiş uzunmüddətli kreditlərlə bağlıdır. Avropa İttifaqı Yunanıstandan borclarını tələb etdiyinə görə, yunanlar bu şəkildə borclarını geri vermək istəyirlər. 14 hava limanının icarəyə verilməsi də məhz Yunanıstan üçün ən böyük kreditor olan Almaniyayla razılaşma üzrə iqtisadi təkliflər paketini reallaşdırmaq üçündür”.

Ekspert vurğulayıb ki, Yunanıstanın bu addımı düzgündür, çünki Yunanıstanın faktiki olaraq həmin limanları işlətmə imkanları məhdudlaşmışdı: "İndi o limanları almanlar işlədib yunanlara pul verəcək ki, borclarını qaytarsın. Sənaye üzrə təkliflərdən biri də Yunanıstanı borcunu qaytarmaq üçün güclü etməkdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...