“Kapitalbank” Şəhid ailələrinə GÜZƏŞT ETDİ - “Qanpulu”ndan faiz tutulmayacaq

“Kapitalbank” Şəhid ailələrinə GÜZƏŞT ETDİ -

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalanıb.

Fərmana əsasən, vərəsələr onlar üçün nəzərdə tutulmuş vəsaiti “Kapitalbank”dan ala biləcəklər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şəhid ailələrinə ayrılan 11 min manat birdəflik yardıma görə bankda açılan hesab nömrəsi haqqında arayış üçün 10 manat tutulur. Üstəlik 11 min manatın nağdlaşdırılması zamanı 110 manat komissiya haqqı ödənilməlidir.

Bu məlumatlar sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub və “Kapitalbank” bərk qınağa tuş gəlib. Məsələ ilə balı “Kapitalbank”ın mətbuat xidmətinin rəhbəi Pərviz Sədrəddinov Modern.az-a açıqlama verib. O qeyd edib ki, “Kapitalbank”da Şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik ödənişlər üçün 10 manat arayışpulu ləğv edilib:
“Ümumilikdə bankda arayış alınması üçün dövlət rüsumu 10 manat müəyyən edilib. Hesab açılması ödənişsiz olsa da, hesab üzrə arayış alınması ödənişlidir. Amma Şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik ödənişlər üçün 10 manat komissiya ləğv edilib”.

Bəzi vərəsələrin 10 manat rüsum ödəməsinə gəlincə, bank rəsmisi bunun anlaşılmazlıqla bağlı olduğunu bildirib:
“Oktyabrın 8-də ölkə başçısının sədrliyilə keçirilən müşavirədən sonra prosesə başlanılıb. 9 və 10 oktyabr tarixlərində bəzi Şəhid ailələri dərhal arayış alıblar. Bizim bankın isə daxili prosedurları və sistemi var. O sistemi dərhal dəyişmək mümkün deyil. Həmin iki gün ərzində bəzi filiallarda 10 manat rüsum ödəyənlər olub. Biz sizin vasitənizlə müraciət edərək bildiririk ki, vərəsələr ödəniş etdikləri filiala qəbzlə yaxınlaşaraq 10 manatı geri ala bilərlər. Artıq bu gündən etibarən isə arayış almaq üçün yaxınlaşan şəhid ailələrinin üzvlərindən 10 manat rüsum alınmayıb”.

P.Sədrəddinovun sözlərinə görə, 11 min manat üçün nağdlaşdırma ödənişi (110 manat) də tətbiq edilməyəcək:

“Pul nağdlaşdırılması üçün 1 faizlik komissiya (110 manat) da ləğv edilib. Dövlət tərəfindən ayrılan vəsait tam olaraq şəxslərin ailə üzvlərinə veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...