İcra başçısı qəsəbə sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı qəsəbə sakinləri ilə görüşdü -


Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə RİH-dən Gundeminfo.az-a daxil olan məlumatda deyilir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 300-dən çox qəsəbədə sakinləri iştirak etmişdir. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 16 nəfəri fərdi qaydada dinlənilmişdir.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir. Səyyar qəbuldan sonra əhali üçün səyyar əmək yarmarkası keçirilmişdir.

İcra başçısı qəsəbə sakinləri ilə görüşdü -
İcra başçısı qəsəbə sakinləri ilə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...