Etimad Əsədov vəfat etdi

Etimad Əsədov vəfat etdi

Bu gün səhər saatlarında Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

1963 - cü il təvəllüdlü E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...