AMEA həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...