SOCAR həşəratla bağlı araşdırmanın nəticəsini AÇIQLADI

SOCAR həşəratla bağlı araşdırmanın nəticəsini

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sosial şəbəkədə Neft Daşlarındakı sexdə bişirilən çörəyin içərisindən həşərat çıxması ilə bağlı iddiası araşdırılıb və yekun rəy açıqlanıb.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

İ.Əhmədov qeyd edib ki, yerində araşdırma aparılıb:

“Əlbəttə podratçı şirkət ittihamı qəbul etməyib. Sosial şəbəkələrdə yayılan şəkildəki çörəyin məhz Neft Daşlarında bişirilməsinə dair təsdiq də yoxdur. Buna baxmayaraq, podratçı şirkətə xəbərdarlıq olunub”.

SOCAR rəsmisi gələcəkdə, bişirilən yeməklərdə hər hansı antisanitariya halları müşahidə ediləcəyi təqdirdə, əməkdaşlardan birbaşa rəhbərliyə müraciət etmələrini xahiş edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Neft Daşlarındakı sexdə bişirilən çörəyin içərisindən həşərat çıxdığını iddia edib. Hüquq müdafiəçisi “Azneft İB” baş direktoru Daşqın İskəndərova səslənib. Həşərata işarə edərək, onun "Xəzər İaşə MMC”nin istehsalı olan çörəyin içindən çıxdığını vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...