Azərbaycanda bu universitetdə qəribə qadağa - Dikdabanla dərsə getmək YASAQLANDI - FOTO

Azərbaycanda bu universitetdə qəribə qadağa -

Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib.

Bu barədə A24.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir. Belə ki, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar olaraq, “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib. Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin A24.az-a verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub. Qeyd edək ki, sözügedən qadağa ilə əlaqədar olaraq Odlar Yurdu Universiteti ilə dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.


Azərbaycanda bu universitetdə qəribə qadağa -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...