Qızıl bazarında qiymətlər “oynayır” - FOTOLAR

Qızıl bazarında qiymətlər “oynayır” -

Səbəblərdən danışan satıcılar narahat, alıcılar isə narazıdır...

Azərbaycanda Məhərrəmlik ayı bitən kimi toy mövsümü başlayır. Toy mövsümünün başlaması isə əsasən qızıl satanların üzünü güldürür. Çünki avtomatik olar zinət əşyalarının qiyməti bahalaşır. Son günlər də qızıl və gümüş bazarında bahalaşma müşahidə olunur.

Belə ki, Azərbaycanda oktyabrın 18-də qızılın qiyməti oktyabrın 17-i ilə müqayisədə 3,0515 manat artaraq 1 unsiya üçün 2080,46 manat təşkil edib. Gümüş 0,0394 manat ucuzlaşaraq 1 unsiya üçün 24,8223 manata bərabər olub. Platinin qiyməti 9,5965 manat azalaraq 1415,4455 manat, palladiumun qiyməti isə 12,563 manat azalaraq 1824,0575 manat təşkil edib.

Bəs, qiymət artımı ilə əlaqədar alıcılar və satıcılar nə düşünür?

“Yeni Müsavat”ın əməkdaşı qızıl bazarında qiyməti öyrənmək üçün bir neçə mağazaya üz tutub. Satıcılar deyirlər ki, qiymət dəyişiminin tez-tez olması onları narahat edir.

Lalə Əliyeva adlı satıcı bildirir ki, qiymət artımı əsasən dollarla bağlıdır: “Qiymətlər dolların qiymətinə uyğun dəyişir. Amma bu fərq çox olmur, cüzi dəyişiklik olur. Tez-tez qiymət dəyişimi bizi narahat edir, çünki alıcı itiririk. Ən böyük fərq devalvasiya vaxtı olmuşdu. Bizdə hər cibə uyğun qiymətlər var. 200 manata da, 5000 manata da alyans üzük ala bilərsiniz. Zinət əşyalarının qiyməti qramına, gətirildiyi ölkəyə görə dəyişir. Son illər əsasən ağ, italyan qızılı daha çox alınır. Alıcılar brilyant daşlı zinət əşyalarına xüsusi maraq göstərirlər”.

Gümüş satışı ilə məşğul olan Vaqif Səfərov isə deyir ki, gümüşün qiyməti getdikcə ucuzlaşır: “Gümüş alanlar qızıl alanlardan az olsa da, hazırda cütlüklər nişan üzüyü üçün qızıla yox, gümüşə üstünlük verirlər. Onlar bildirir ki, bu həm ciblərinə xeyirdir, həm də daha incə görünür. Hazırda gümüşlərdə 30 faiz endirim var. Bu da alıcının azlığı ilə əlaqəlidir. Toy mövsümü başlayanda bizim də bazarda canlanma olacaq”.

Alıcı Leyla Quliyeva isə qiymətlərin yüksək olmasından şikayətçidir: “Gəlinim üçün komplekt almağa gəlmişəm, amma qiymətlər çox bahadır. İki il öncə o biri gəlinimə 500 manata aldığım üzüyü bu il ikinci gəlinimə 1000 manata alıram. Əvvəl 3000-ə komplekt almaq mümkün idisə, indi gərək ikiqatını ödəyəsən. Kaş, qızıl alma adəti yığışdırıla, oğlan evi də rahatlaya”.


Qızıl bazarında qiymətlər “oynayır” -
Qızıl bazarında qiymətlər “oynayır” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...