İsmayıllının icra başçısı Uştal kəndində vətəndaşlarla görüşdü - FOTOLAR

İsmayıllının icra başçısı Uştal kəndində vətəndaşlarla görüşdü -


Uştal kəndinin sakinləri Qərbi Azərbaycandan qaçqın düşdükdən sonra burada daimi məskunlaşıblar. 114 təsərrüfatda birləşən 537 nəfər sakini olan Uştal Soltankənd İnzibati Ərazi Dairəsinə daxildir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müntəzəm olaraq yerlərə, daha intensiv qaydada məcburi köçkünlərin və qaçqınların məskunlaşdıqları kəndlərə gedir, görüş-qəbullar keçirir, nəticə olaraq dövlət qayğısını aid ünvanlara dəqiqliyi ilə çatdırır, qaldırılan məsələlərin həlli üçün tədbirlər həyata keçirir. Uştal kəndində keçirilən görüş-qəbul da məhz bu baxımdan xarakterik idi.

Açıq havada keçirilən tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov cənab Prezident İlham Əliyevin İsmayıllıya səfəri və onun 10 illərə bərabər nəticələrindən, rayonun sosial-iqtisadi inkişafı, yüksəlişi, insanların məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verdiyi sərəncamlardan ətraflı danışıb.

Daha sonra görüş-qəbulda iştirak edənləri dinləyib. Xahişlər, təkliflər, istəklər aşağıda qeyd edilənlərdən ibarət olub:
- Yararsız hala düşmüş elektrik transformatorunun yenisi ilə əvəz edilməsi; artezian quyusunun qazılması; tibb məntəqəsinin təmiri; məntəqəyə tibb bacısının təyin edilməsi; kəndə qaz çəkilişi; kənddaxili yolların təmiri; odun yanacağı alınmasına köməklik göstərilməsi; İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolunun təmiri və Uştal kənd tam orta məktəbində təlim şəraitini daha da yaxşılaşdırmaq üçün əlavə sinif otaqlarının tikintisi.

Görüş-qəbuldan dərhal sonra RİH-nin başçısı Mirdaməd Sadıqov qaldırılan məsələləri bilavasitə aid qurumların ünvanına çatdırıb, icra üçün məsul şəxslərə tapşırıqlar verib.

İsmayıllının icra başçısı Uştal kəndində vətəndaşlarla görüşdü -
İsmayıllının icra başçısı Uştal kəndində vətəndaşlarla görüşdü -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...