Külək Mehdiabaddakı qaçqın şəhərciyinə nə qədər ziyan vurub?

Külək Mehdiabaddakı qaçqın şəhərciyinə nə qədər ziyan vurub?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı şəhərcikdə baş verən hadisə barədə məlumat verib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant" şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü aşırıb:

"Binalardan birinin dam örtüyü tamamilə, digərlərinki qismən dağılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstimar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gəliblər".

Məlumtda qeyd edilir ki, hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyalarının şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur:

"Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər".

Məlumatda qeyd olunur ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması binalarının dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanacaq.

Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...