Mübariz Qurbanlı: Azərbaycan humanitar məsələlərin müzakirəsi üçün müstəviyə çevrilib

Mübariz Qurbanlı: Azərbaycan humanitar məsələlərin müzakirəsi üçün müstəviyə çevrilib

Bu gün də Azərbaycan ailəsi öz övladını nə dini, nə də etnik baxımdan başqa millətə qarşı düşmənçilik ruhunda tərbiyə etmir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

M.Qurbanlının sözlərinə görə, Bakı beynəlxalq humanitar xarakterli məsələlərin müzakirəsində önəmli rol oynayan şəhərə çevrilib:

"Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib".

Komitə sədri əlavə edib ki, Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır.

M.Qurbanlı qeyd edib ki, bu forum Azərbaycanın azad ölkə olduğunu, mətbuat azadlığının təmin olunduğunu, demokratik dəyərlərin təbliğ edildiyini də bir daha nəzərə çatdırır:

"Hesab edirəm ki, bunlar Azərbaycanın qarşısında dayanan strateji vəzifələrin icrasına çox əhəmiyyətli təsir göstərmiş olur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...