Fermer olmaq istəyən gənclərə şad xəbər - AMAL-lla amallarınıza çata bilərsiniz

Fermer olmaq istəyən gənclərə şad xəbər -

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatı keçirilib. Mərasimi giriş sözü ilə açan Kənd təsərrüfatı nazirinin müavoni İlhamə Qədimova layihə haqqında ətraflı məlumat verib.

İ. Qədirova bildirib ki, AMAL kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə şərait yaradan bir təşəbbüsdür:

""AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək”.

Nazir müavininin sözlərinə görə, Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək:

"Layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəriMələk Çakmakbildirib ki, layihə 2018 və 2020-vi illəri əhatə edir:

"Ümumiyyətlə meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Bu keçid 2050-ci ildə dünyada 200 milyon yeni iş yeri açılmasına səbəb olacaq. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuıdarlığın artmasına müsbət təsir göstərir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...