Daşkəsəndə Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələr seçilir - FOTOLAR

Daşkəsəndə Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələr seçilir -

YAP Daşkəsən rayon təşkilatının “Daşkəsən Filizsaflaşdırma” ASC, 31 nömrəli Yol İstismarı MMC, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi və Daşkəsən rayon İncəsənət məktəbi ilk partiya təşkilatlarında YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələrin seçilməsi ilə bağlı yığıncaqlar keçirilmişdir.

Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahibdir və yarandığı gündən ölkənin ictimai siyasi həyatında əhəmiyyətli dəyişikliklər edib, şərəfli bir yol keçib. M.Yolçuyev ictimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini qeyd edib.

M.Yolçuyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və ictimai nüfuzuna görə ona bərabər mövqedə duran digər bir partiya mövcud deyil. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin fəaliyyəti dövründə partiyanın nüfuzunun daha da yüksəldiyini qeyd edib.
Daşkəsəndə Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələr seçilir -
Daşkəsəndə Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələr seçilir -

Bu gün YAP-ın sıralarında gənclər və qadınlar böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Həmin təşkilatların gənc əməkdaşları buna əyani nümunədir. M.Yolçuyev YAP sıralarına qəbul olunmaq üçün ərizə verən gənclərin və qadınların ölkənin ictimai siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına ilk partiya təşkilatlarından nümayəndələr seçilmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...