Abşeronda Dövlət Bayrağı Günü münasibətilə ümumrayon bayramı keçirildi

Bu gün Xırdalan şəhərində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon bayramı keçirilib. Gundeminfo.az xəbər verir ki,Mədəniyyət Mərkəzində reallaşan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak edib.

Bayram tədbirinin bədii hissəsində əvvəlçə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni oxunub. Sonra rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı fləşmob və ədəbi-bədii kompazisiyalar iştirakçılara təqdim edilib.

Bayram tədbirində Dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Bayram tədbirində Mərkəzin foyesində bayraq gününə həsr olunmuş rəsm sərgisi və qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib. Bundan sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...