“Safay” uşaq bağçasının müdiri hakim qarşısında; 19 nəfərdən rüşvət alıb

“Safay” uşaq bağçasının müdiri hakim qarşısında;

“Safay” uşaq bağçasının müdiri hakim qarşısında; 19 nəfərdən rüşvət alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli biliblər.

Zərərçəkmiş İlahə Müzəffərova ifadəsində göstərib ki, uşaq bağçasına işə düzəlmək üçün Tərlan Bağırovaya 1000 manat pul verib. Bağça müdiri T.Bağırava şahidin dediklərini təsdiqləyib və pulu geri qaytaracağını bildirib.

Zərərçəkmiş Rumiyə Qasımova ifadəsində T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün 3500 manat pul verdiyi qeyd edib. O, bağçada bir ay işlədiyini, lakin 500 manat əmək haqqını ala bilmədiyini deyib.

Digər zərərçəkmiş Mehparə Sarıyeva da ifadəsində işə düzəlmək üçün T.Bağırova ilə A.Əliyevaya 3500 manay pul verdiyini, 4 ay bağçada işlədiyini, lakin maaş almadığını söyləyib. Zərərçəkmiş ümumilikdə 5100 manat ziyana düşdüyünü deyib.

Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb. T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var. Həbs edilən Aləmzar Əliyeva həbs edilmədən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...