Azərbaycanda yarım milyon manata gəmi satılır

Azərbaycanda yarım milyon manata gəmi satılır

Ləğv edilən “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-yə məxsus buzqıran gəmi üçüncü dəfə 10% endirimlə satışa çıxarılacaq. Modern.az xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də baş tutacaq hərracda satılacaq gəminin ilkin satış qiyməti 459 min manat müəyyən edilib. Gəmini almaq üçün hərraca qoşulmaq istəyən hüquqi və fiziki şəxslər öncədən 45 min 900 manat beh ödəməlidir.

Xatırladaq ki, “Kapitan Rəcəbov” adına buzqıran gəmi 1976-cı ildə istehsal edilib. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...