Azərbaycanda maliyyə sanksiyaları 10 dəfə arta bilər

Azərbaycanda maliyyə sanksiyaları 10 dəfə arta bilər

Azərbaycanda maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyalarının həcminin artırılması təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə,maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 500 (əvvəl 100) məbləğində, bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 10000 (əvvəl 1000) manat məbləğində;

vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 1000 əvvəl 100) manat məbləğində sanksiya tətbiq edlməsi təklif olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...