Daşkəsəndə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi müşavirə keçirib - FOTOLAR

Daşkəsəndə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi müşavirə keçirib -


2018-ci il dekabrın 4-də saat 11:00-da FHN-in Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Daşkəsən rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirib.
Rayon Mədəniyyət Mərkəzində baş tutan müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin mülki müdafiə işinin təşkilinə cavabdeh şəxslər, KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Abıyev müşavirədə çıxış edərək deyib:
- 2018-ci ildə də Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə razılaşdırdıqları illik mülki müdafiə tədbirlər planları əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün Mülki Müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsini təşkil etmişlər.
Cari ilin 24 mart və 24 iyun tarixlərdə Daşkəsən rayonu ərazisində təbii fəlakətlər baş vermişdir. Təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılmasında rayonun ərazi mülki müdafiə qüvvələri yüksək səviyyədə iştirak ediblər.
Əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Tədbirlər zamanı mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaqlar və mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanış məşqi, məktəblərdə açıq dərslər keçirilmiş, mülki müdafiə əmlaklarının sərgiləri təşkil olunmuş, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilmişdir.
Daşkəsən rayon əhalisinin və ərazisinin fövqəladə hallardan qorunması, insanların təhlükəsizliyinin təmin olunması sahəsində, eləcə də fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlarla Daşkəsən Rayon İcra Hakimiyyəti arasında qarşılıqlı fəaliyyət bundan sonra da məqsədəmüvafiq olaraq davam etdiriləcəkdir.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə hazırlığı şöbəsinin rəisi mayor Rauf Abbasov və FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi Emin Məmmədov çıxış ediblər. Müşavirədə Daşkəsən rayonunda mülki müdafiə işinin mövcud vəziyyəti hərtərəfli təhlil olunub, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, planlaşdırılması, əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması istiqamətində tövsiyələr verilmiş, 2019-cu il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonra göstərilən məsələlərlə bağlı dinləmələr keçirilib, suallar cavablandırılıb.
Daşkəsəndə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi müşavirə keçirib -
Daşkəsəndə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi müşavirə keçirib -
Daşkəsəndə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi müşavirə keçirib -

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...