Atatürk parkında “kupça”lı kafe və restoranlar barədə QƏRAR VERİLDİ

Atatürk parkında “kupça”lı kafe və restoranlar barədə

Bakı şəhəri Nərimanov rayonundakı Atatürk parkında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı (kupça) olan heç bir ictimai-iaşə obyekti sökülməyib və sökülməsi də nəzərdə tutulmayıb.

Bunu BakuPost-a açıqlamasında Bakı şəhər İra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ. Kərimov qeyd edib ki, parkın ərazisində müvəqqəti fəaliyyət göstərmək üçün icazə verilmiş kafe, restoran, çayxana kimi ictimai-iaşə obyektlərinin sökülməsi prosesi dünən başa çatıb: "Sakinlər də parkının ərazisindəki belə müvəqqəti obyektlər səbəbindən oradan keçməyin mümkün olmadığından şikayətlənirdilər. Hazırda parkda təmizləmə işləri aparılır. Hazırda parkla bağlı layihə hazırlanır. Layihə hazırlanandan sonra parkda yenidənqurma, abadlıq işləri görüləcək, gözəl bir istirahət parkı yaradılacaq”.

Qeyd edək ki, dünən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov Atatürk parkında kafe və restoranların 80 faizi söküldüyünü bildirib. Müvəqqəti icazə əsasında fəaliyyət göstərən kafe, restoran və çayxanaların sökülməsi ilə əlaqədar isə kompensasiya verilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...