İcra başçısı səyyar qəbul keçirib - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirib -

Dekabrın 13-də Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Zağalı kəndində səyyar qəbul keçirib.

Açıq havada keçirilən görüşdə Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsəndə icra olunan layihələrdən danışıb. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Zağalı kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb. Bildirib ki, qış aylarında güclü qar və külək elektrik verilişində fasilələr yaradırdı. Elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsi və dayaqların dəyişdirilməsi bu kimi problemləri artıq arxada qoymuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində kəndin bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kəndə verilən elektrik enerjisinin verilişində tez-tez açılmaların olması barədə məlumat vermiş, kənd tam orta məktəbinin, kitabxanasının və kənddaxili yolların təmir olunmasına, kənddə tibb məntəqəsinin açılmasına və digər şəxsi problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan bəzi təklif və müraciətlərin icrasının yerində, bəzilərinin həll olunması üçün isə məktubla aidiyyəti qurumlara ünvanlanması tapşırılıb.

Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə bəslənən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.


İcra başçısı səyyar qəbul keçirib -
İcra başçısı səyyar qəbul keçirib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...