Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr - FOTOLAR

Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr -

17dekabr 2018-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbrilərin təşkili layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə şöbəsinin əməkdaşı Mübariz Qədirov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, layihənin təlimçisiRəşad Bayramov və 30 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin mahiyyəti, əhəmiyyəti, gənclər üçün faydası və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir.P.Mustafayevqeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr,onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adət‐ənənələrində tez‐tez rast gəlirik.

Könüllülük mərhəmət, əli‐açıqlıq, ədalət hissi deməkdir. Nəcəf Novruzov vurğuladı ki, könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir‐birinin evini tikən, torpağını şumlayan ataların, toplaşıb birlikdə şəkərbura bükən, təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə şöbəsinin əməkdaşı Mübariz Qədirov tədbir iştirakçılarını salamladı və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinə layihənin yüksək səviyyədə keçirilməsində uğurlar arzuladı. Eyni zamanda M.Qədirov Azərbaycan Respublikasının Gənclər Fondu haqqında qısa məlumat verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılmış, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.


Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr -
Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr -
Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr -
Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbr -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...