Azərbaycanlı tədqiqatçının Türkiyədə iddialı eksperimenti – Eynşteyn erası bitirmi?

Azərbaycanlı tədqiqatçının Türkiyədə iddialı eksperimenti –

Bu günlərdə Türkiyənin Uluslararası Meterologiya İnstitunda (UME) həmyerlimiz, tədqiqatçı Namiq Məmmədov tərəfindən yetərincə iddialı eksperiment keçirilib.

Bu barədə Strateq.az-a təqdiqatçının özü məlumat verib. O bildirib ki, eksperiment Şüa Qravtasiya Nəzəriyyəsi çərçivəsində baş tutub: “Həmin nəzəriyyəyə görə, işıq müxtəlif istiqamətlərdə eyni deyil, fərqli sürətlərlə yayılacaq. Göstərilən fərqlilik yerin və Günəş sisteminin fəzada çox böyük sürətlə hərəkət etməsindən doğur. Bu yanaşma fizikanın standart modeli və Eynşteynin nisbilik nəzəriyyəsinin müddəaları ilə daban-dabana ziddir.Eksperiment müsbət nəticələnərsə, fizikada və digər təbiət elmlərində çox ciddi dəyişiklikləri idda etmək olar. Ümumiyyətlə, son dövrlərdə fiziklər arasında Eynşteyn müddəalarının ziddiyətləri barədə fikir yürüdənlər çoxalıb. Göstərilən eksperimentin son nəticlərinin əldə olunması da bu mübahisələrin aydınlaşması üçündür”

N.Məmmədovun iddiasına görə, eksperimenti qismən uğurlu saymaq olar: “Belə ki, əldə olunan nəticə yüzlərlə dəfə təkrarlanan ölçmələrdən alınan orta rəqəmə əsaslanır. Riyazi hesablamaların doğurduğu “orta rəqəm” nəticəsi isə elmi dairələr üçün qəti nəticə deyil. Qəti nəticə cəmi bir ölçmdən alınan konkret rəqəmə əsaslanmalıdır. Belə nəticəni isə saniyyənin trilyonda birini ölçməyə qadir çox həssas cihazlar verə bilər. UME atom saatları laboratoriyasındakı cihazların həssaslığı dünya atom vaxtını ölçmək üçün tam yetərli olsa da, eksperiment üçün tələb olunan dəqiqliyi xətasız verə bilməyib”.

Namiq Məmmədov bildirib ki, eksperimentin qəti nəticəsinin əldə olunması üçün “Hidrogen mazer”adlanan iki atom saatı və fempto saniyələri ölçə bilən iki ədəd sayğac gərəkdir. Dünyanın müxtəlif araşdırma mərkəzlərində belə cihazlar var. Müəllifin iddiasına görə, eksperimentin qəti nəticlərinin ələd olunması o qədər də böyük olmayan zaman məsələsidir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...