Azərbaycanın ən böyük külək enerjisi stansiyası tikilir

Azərbaycanın ən böyük külək enerjisi stansiyası tikilir


Külək enerji stansiyasının bu il işə düşməsi gözlənilir. Yeni Yaşma külək enerjisi stansiyası yaxın vaxtlarda istifadəyə veriləcək.

ANS TV-nin məlumatına görə, artıq stansiyada yekun təmir işləri aparılır. Özəl sturukturlar tərəfindən həyata keçiriliən bu layihə Azərbaycanda ən böyük külək enerjisi stansiyasıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov deyir ki, bu stansiyanın gücü 50 mqvattdır. Bu stansiya cəmi 20 trubindən ibarətdir. Lakin 2 trubin hələki yoxlanma üçün gözlədilir. Çünki bunların yoxlanmasında xüsusi cihazlar tələb olunur. Sentyabrın 1-də ekspertlər qalan bu 2 trubinə baxış üçün əraziyə gələcəklər.

Yeni Yaşma külək enerji stansiyasının bu il işə düşməsi gözlənilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...