“Hilton” oteldə yanğın - FOTO

“Hilton” oteldə yanğın -

Bakıda hoteldə yanğın hadisəsi baş verib. Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib. Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.


“Hilton” oteldə yanğın -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...