Metroda problem yarandı - Sərnişinlər qatardan boşaldıldı

Metroda problem yarandı -

Bu gün səhər saatlarında "Bakı Metropoliteni”nin "Memar Əcəmi” stansiyasında yaranan problem səbəbindən sərnişinlər platformada qalıb.

Bu barədə BakuPost-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, səhər saat 08:05 radələrində "Dərnəgül” - "Həzi Aslanov” istiqamətində gedən qatarda nasazlıq yaranıb:

"Dərnəgül” - "Həzi Aslanov” istiqamətində hərəkət edən qatar "Memar Əcəmi” stansiyasında dayanan zaman vaqonlardan birinin qapısında problem yaranıb. Maşinist dərhal problemi aradan qaldırmaq məqsədilə qatarı saxlayıb. Nasaz halda qatarı idarə etməmək üçün sərnişinlərdən qatarı boşaltmaları rica olunub.

Daha sonra maşinist təlimat qaydalarına uyğun olaraq qatarı "Memar Əcəmi” stansiyasından "Nərimanov” stansiyasına qədər sərnişinsiz idarə edib. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervallarda gecikmə yaranmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...