Azərbaycandakı hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Azərbaycandakı hava şəraitində ciddi dəyişiklik gözlənilmir


Avqustun 29-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gündüz Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 25-30 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın dağlıq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...