Bakıda özünü güllələyən polislə bağlı YENİ XƏBƏR

Bakıda özünü güllələyən polislə bağlı

Bakıda polisin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Open.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqovun xidməti silahı ilə özünü güllələyərək öldürməsi faktına görə, Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, məlum hadisə banklardan birində deyil, "Magnit" şirkətlər qrupunun Nərimanov rayonu ərazisində yerləşən ofisində qeydə alınıb. Özünü güllələyən İ. Tapdıqov elə həmin ofisi mühafizə edirmiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...