Kərəm Həsənov Qobustan şəhərində vətəndaşlarla görüşəcək

Kərəm Həsənov Qobustan şəhərində vətəndaşlarla görüşəcək


Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 yanvar, 2019-cu il tarixində Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində keçiriləcək. Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitədən gundeminfo.az-a daxil olan məlumata görə, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsi:
(02026) 5-10-76, (02026) 5-75-06
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi:
(02026) 5-01-07, (02024) 5-01-02



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...