Bayram Səfərov bahalı avtomobilindən danışdı - “Axı mənim yanımda Tramp kimdir?”

Bayram Səfərov bahalı avtomobilindən danışdı -

Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Dia.az xəbər verir ki, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:

"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.
Bayram Səfərov bahalı avtomobilindən danışdı -

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.

Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb. Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...