Ağdərədə erməni çaqqal əvəzinə oğlunu güllələdi

Ağdərədə erməni çaqqal əvəzinə oğlunu güllələdi

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində silahlı insident baş verib.

Azvision.az xəbər verir ki, hadisə yanvarın 22-də Ağdərə rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı erməni sakin "MK Sayqa" ov tüfəngi ilə çaqqal əvəzinə təsadüfən 11 yaşlı oğlunu güllələyib. Açılan atəş nəticəsində oğlan baş nahiyəsindən ağır güllə yarası alıb. Silah polis tərəfindən müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...