Millət vəkili: Formaları məktəblərə satdırırlar

Millət vəkili: Formaları məktəblərə satdırırlar

“Məktəb formalarını orta məktəblərə satdırırlar. Bununla bağlı narazılıqlar var. Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirməsi məsələsinə də toxunub. S.Əliyeva hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: “Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirməyə nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur“.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...